Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün Prezident İlham Əliyevin xidmətləri danılmaz bir faktdır. Sentyabrın 25-də Naxçıvanda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.Görüşdə Prezident qeyd etdi ki, Naxçıvan Azərbaycanın qədim diyarıdır, əfsuslar olsun ki, 1920-ci ildə Sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Prezident həm də qeyd etdi ki, “Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvana səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.Müzakirə predmeti olacaq əsas məsələlərdən biri də Azərbaycanı Naxçıvanla bağlayan Zəngəzur dəhlizinin açılaması istiqamətində görüləcək işlər oldu.Ərdoğanın Naxçıvana səfəri zamanı İğdır-Naxçıvan qaz xəttinin təməlinin qoyulması bir daha Türkiyə-Azərbaycan qardaşlığının daha uzun zamana hesablandığının bariz nümunəsi oldu. Şərqi Anadolu Təbii Qaz Əsas Xətti üzərindən çıxış alan İğdır Qaz Boru Kəmərinin davamı Naxçıvana qədər uzanacaq. Naxçıvana qədər olacaq boru kəmərinin uzunluğu 85 kilometrdir, bununla da Muxtar Respublikanın təbii qaza olan tələbatı tamamilə qarşılanacaq.Enerji sahəsindəki bu əməkdaşlıq bütövlükdə Azərbaycanın, o cümlədən Muxtar Respublikanın müdafiə vəziyyətində Türkiyənin, onsuz da, güclü olan qarantiyasını enerji faktoru ilə daha da gücləndirir.Ərdoğanın səfəri ilə bağlı gündəliyin qlobal teatrdakı nüvəsinin içərisinə girəndə meydana daha böyük nüfuz dairəsinin atıldığını sezmək elə də çətin olmamalıdır.Əliyev Ərdoğanla mətbuata birgə bəyanatında yeni qaz-boru kəmərinin əhəmiyyəti haqqında bəyanat verdikdən sonra Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını da tarixi hadisə kimi qiymətləndirdi.Qeyd edilən dəmir yolu Çinin qlobal sferaya nüfuzunu dərinləşdirən Şərq-Qərb Nəqliyyat Marşrutunun Orta Dəhlizdəki mühüm komponentinə çevrilir.Həm enerji, həm də dəmir yolu layihələri regionda alternativ oyunçu olan Çinin ABŞ və Rusiya qarşısındakı müəyyən uğurlarının siqnalıdır - bu amil Bakı-Ankara tandemindəki strateji maraqlara əhəmiyyətli dərəcədə cavab verir. Proses Azərbaycanın Ermənistan üzərində qələbəsinin məntiqi davamı olaraq Qarabağda keçirdiyi antiterror tədbirlərinin nəticələri fonunda qabarıqlaşır.Təsadüfi sayıla bilməz ki, Əliyev Ərdoğanla məhz antiterror tədbirləri bitdikdən sonra görüşdü. Bunun müstəsna əhəmiyyəti - liderlər Azərbaycanın öz ərazilərində suverenliyini bərpa etməsinin ardından yarana biləcək regional nəticələri müzakirə edir və strateji müttəfiqlik maraqları naminə yeni yol xəritəsi müəyyənləşdirirlər.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasına səfəri Cənubi Qafqazda aşkar və gizli ambisiyalar həyata keçirənlərə qarşı mənalı cavabdır. Bakı ilə Ankara sülh və təhlükəsizliyə töhfə verəcək çoxtərəfli əməkdaşlıq platformasını təşviq etmək üçün regionda genişmiqyaslı əlaqə körpüsü qurmaq niyyətini göstərirlər.
Vüsal Mustafayev,
Xocalı rayon gənci